Dövlət Vergi Xidməti (DVX) “İRŞAD Bank Olmayan Kredit Təşkilatı” MMC-ni (VÖEN 1806461171) 1 milyon manat məbləğində nizamnamə kapitalı ilə qeydiyyata alıb.
DVX-dən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, BOKT sentyabrın 25-də dövlət qeydiyyatına alınıb.
BOKT-un qanuni təmsilçisi Elvin Məmmədovdur.
“İRŞAD” BOKT-un Müşahidə Şurası 3 üzvdən ibarətdir: Ceyhun Daşdəmirov, Taleh Məhərrəmov və İsmayıl İsmayılbəyli.*
R.Əhmədov