Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Krallığının Müdafiə nazirlikləri arasında “6-cı Qərargah danışıqları”na dair görüş keçirilib.
“Görüşdə təhlükəsizlik məsələləri, ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə müzakirələr aparılıb”, - deyə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Tərəflər, həmçinin humanitar məsələləri, eləcə də minatəmizləmə tədbirləri üzrə keçiriləcək təlim və treninqləri müzakirə ediblər.*
B.Rüstəmbəyov