Dövlət Vergi Xidməti (DVX) bu ilin iyul ayında iki şirkəti qeydiyyata alıb. Şirkətlərin qanuni təmsilçisi Rəşad Hacıəliyev, ümumi kapitalı 5 milyon avrodur.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, “SIA BALTIC MEDICAL PROGRAM AZ” MMC-nin (VÖEN 1506440451) nizamnamə kapitalı 2 milyon avro, “KAMAR.AZ” MMC-nin (VÖEN 1506440321) nizamnamə kapitalı 3 milyon avro təşkil edir.
Hər iki şirkət iyulun 11-də dövlət qeydiyyatına alınıb.
DVX şirkətlərin fəaliyyət istiqamətlərini açıqlamır.*
R.Əhmədov