“Azərsu” ASC “Pirşağı–Bilgəh” şərq kanalizasiya kollektorunun tikintisinə 3 müəssisədən ibarət konsorsiumu (“Nardaran İnvest” MMC, “Eren İnşaat Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı, “Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC) cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət satınalmalarının vahid internet portalına istinadən bildirir ki, şirkətlərlə 14 milyon 826,7 min manat məbləğində müqavilə bağlanıb.
Müqavilə çərçivəsində bütün işlər 27 dekabr 2024-cü ilədək yekunlaşdırılmalıdır.*
X.Nəsirzadə