İrəvan Tehrandan Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İranın iştirakı ilə “3+3” regional formatında görüşə dəvət alıb.
“Görüşün Tehranda keçirilməsi planlaşdırılır. Hazırda iranlı həmkarlarla görüşün detalları hazırlanır”, - deyə Ermənistan XİN başçısının müavini Vahan Kostanyan bu gün jurnalistlərə bildirib.
O qeyd edib ki, Tehranda Azərbaycan və İran xarici işlər nazirlərinin görüşü keçirilə bilər.*