Bir çox ölkələrin liderləri və xarici işlər nazirləri oktyabrın 21-də Qahirədə İsrail və HƏMAS arasında münaqişənin həlli yollarının tapılmasına həsr olunmuş sammitdə iştirak edəcəklər.
Sammitdə CAR Prezidenti Siril Ramafosa, İtaliyanın baş naziri Corca Meloni, Fələstin administrasiyasının rəhbəri Mahmud Abbas, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Aİ diplomatiyasının rəhbəri Cozef Borrel, Fransa, Almaniya, Böyük Britaniya, Yaponiya xarici işlər nazirləri iştirak edəcəklər. Bir çox ərəb dövlətlərinin rəhbərlərinin də sammitə gələcəyi gözlənilir.
Sammit Misir Prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən Qəzza zolağında gərginliyi azaltmaq, atəşkəslə bağlı razılıq əldə etmək və Fələstin münaqişəsinin həlli yolunu tapmaq məqsədi ilə çağırılıb.*