ABŞ və İsrail BMT-nin dəstəyi və ərəb ölkələri hökumətlərinin iştirakı ilə Qəzza zolağında müvəqqəti hökumətin yaradılması imkanlarını öyrənir. Bu barədə “Bloomberg” məlumat yayıb.
Agentliyin ABŞ Administrasiyasındakı mənbələrinin sözlərinə görə, müzakirələr ilkin mərhələdədir və İsrail Müdafiə Ordusunun HƏMAS-a qarşı apardığı əməliyyatın inkişafından, xüsusilə də Qəzza zolağında yerüstü əməliyyatın nəticələrindən asılıdır.
“İsrail rəsmiləri dəfələrlə bəyan ediblər ki, Qəzza zolağını işğal etmək niyyətində deyillər. Eyni zamanda, onlar 7 oktyabr hücumundan sonra HƏMAS-ın idarəçiliyinin davam etdirilməsinin qəbuledilməz olduğunu bildiriblər”, - deyə “Bloomberg” xatırladıb.*