BMT-nin baş katibi Antonio Quterreş Qahirədə keçirilən sammitdə bəyan edib ki, HƏMAS qruplaşmasının İsrailə hücumu İsrail hərbçilərinin Qəzza zolağındakı hərəkətlərinə haqq qazandıra bilməz.
“BMT rəhbəri bildirib ki, HƏMAS-ın İsrailə hücumunun layiqincə qınanılması fələstinlilərin kollektiv şəkildə cəzalandırılmasına heç vaxt haqq qazandıra bilməyəcək”, - deyə “The Times of Israel” nəşri yazır.
Quterreşin fikrincə, həqiqi sülh və təhlükəsizlik üçün yeganə real əsas Fələstin dövlətinin yaradılması ola bilər. O, həmçinin bildirib ki, BMT Qəzza zolağına humanitar yardımın davamlı şəkildə çatdırılmasını təmin etmək üçün bütün gücü ilə işləyir.*