Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstan Respublikası Prezidentinin müşaviri Kanat Bozumbayev ilə Azərbaycanla Qazaxıstan arasında iqtisadi əlaqələrin gücləndirilməsi məsələlərini müzakirə edib.
“Qazaxıstan Respublikası Prezidentinin müşaviri Kanat Bozumbayev ilə ölkələrimiz arasında iqtisadi əlaqələrin gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması, investisiyaların təşviqi və nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi apardıq”, - deyə Cabbarov “X” hesabında yazıb.*
V.Əliyev