Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli şənbə günü bildirib ki, İsrail hökumətinin nümayəndələri ilə danışıq zamanı İsrail hərbçilərinin Qəzza zolağında təmkinli olmasının vacibliyini vurğulayıb.
“Mən İsrail hökuməti ilə birbaşa olaraq onların beynəlxalq hüquqa hörmət etmək vəzifəsi və Qəzzada mülki insanların həyatının qorunmasının vacibliyi barədə danışmışam”, - deyə o, Qahirədə İsraillə HƏMAS qruplaşması arasında münaqişənin nizamlanmasına həsr olunmuş sammitdə bildirib.
“İnanılmaz dərəcədə çətin şəraitə baxmayaraq, İsrail hərbçilərini nizam-intizam, peşəkarlıq nümayiş etdirməyə və təmkinli olmağa çağırmışam”, - deyə Kleverli əlavə edib.*