Bern artıq bir aydan çoxdur ki, HƏMAS-ın ölkədən maliyyələşdirilməsi faktı ilə bağlı araşdırma aparır. SRF-in məlumatına görə, bunu İsveçrənin baş prokuroru Stefan Blattler deyib.
Baş prokuror işin təfərrüatları barədə məlumat verməyib, lakin qeyd olunur ki, bu, son 20 ildə HƏMAS-ın ölkə ərazisindən maliyyələşdirilməsi ilə bağlı ilk məlumatdır.
Ölkədə HƏMAS qruplaşmasının fəaliyyətinə icazə verilib, lakin parlamentarilər dəfələrlə onun qadağan edilməsinə cəhd ediblər. HƏMAS-ın siyasi təşkilata malik olması və Qəzza zolağına siyasi nəzarət həyata keçirməsi hərəkatın terror təşkilatı elan edilməsinə imkan vermir.*