NATO-nun Ukrayna və İsraili dəstəkləmək üçün kifayət qədər resursu var. Bunu Şimali Atlantika Alyansının baş katibinin müavini Mirça Coan Rumıniyanın “Digi 24” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, NATO səviyyəsində kifayət qədər resurs var. İsveç də daxil olmaqla NATO-nun 32 ölkəsində bir milyarddan çox insan yaşayır və ÜDM-in 50%-dən çoxu onların payına düşür.
“Resurslar var..., biz bu iki vəziyyətin öhdəsindən gələ biləcəyik, Yaxın Şərqdə vəziyyəti tez bir zamanda sakitləşdirməyə və Ukraynaya dəstəyi davam etdirməyə ümid edirik”, - deyə NATO nümayəndəsi bildirib.*
V.Əliyev