İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmail Haniyə telefon danışığı zamanı İsrailin Qəzza zolağında «qəddar cinayətlərinin» dayandırılması üsullarını müzakirə ediblər.
HƏMAS-ın yaydığı bəyanatda deyilir ki, onlar «Qəzza zolağında düşmənin törətdiyi qəddar cinayətləri dayandırmaq üçün üsullardan necə istifadə edəcəklərindən» danışıblar.
O cümlədən, İranın xarici işlər naziri və HƏMAS-ın siyasi büronun rəhbəri «Qəzza zolağına qarşı sionist təcavüzlə bağlı son hadisələri müzakirə ediblər». **