Azərbaycan 10-15 dekabr tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad və Birləşmiş Ərəb Əmirliklərin Dubay və Abu-Dabi şəhərlərinə ixrac missiyası təşkil etməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan”a Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) məlumat verilib.
“Missiyaya qida məhsulları və içkilərin istehsalı ilə məşğul olan Azərbaycan şirkətləri daxil olacaq”, - Agentlikdən qeyd olunub.
Missiyda iştirakda maraqlı olan şirkətlərdən sənədlər 3 noyabr tarixinədək təqdim olunmalıdır.
Həmçinin, Agentlikdən məlumat verilib ki, ixrac missiyasında iştirak edəcək şirkətlər müsabiqə əsasında seçiləcək. Müsabiqə 17 noyabr tarixində təşkil olunacaq.
Seçim meyarları aşağıdakılardır: ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı, nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı, sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması. **
N.Abbasova