"AZƏRSU"ASC Ceyranbatan–Maştağa-Nardaran magistral su kəmərinin bir hissəsinin və bir ədəd su anbarının tikintisi işləri üçün "NARDARAN İNVEST" MMC, "Eren İnşaat Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycandakı filialı və "AVRO-ASİYA İNŞAAT KORPORASİYASI "EVRASCON" ASC-nin birgə müəssisəsini cəlb edib.
“İnterfaks-Azərbaycan” dövlət satınalmaları portalına istinadən məlumat verir ki, konsorsium ilə 25 milyon 132 min 868.39 manat dəyərində müqavilə imzalanıb.
Şərtlərə görə, müqavilə çərçivəsində bütün işlər 27 dekabr 2024-cü ilə qədər sona çatmalıdır. **
N.Abbasova