“MİDA” MMC Şirvan şəhərində yaşayış kompleksində 17 çoxmənzilli binanın və bir uşaq bağçasının tikintisinə 60 milyon 528,12 min manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” dövlət satınalmaları portalına istinadən məlumat verir ki, yaşayış kompleksində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 13, 14, 15 nömrəli çoxmənzilli yaşayış binalarının və 80 yerlik uşaq bağçasının tikintisinin podratçısı “Amal Group” MMC olub.
Müqavilənin dəyəri – 12 milyon 418.246 min manatdır.
Tikinti işlərinin bitma tarixi – 18 yanvar 2025-ci ildir.
Bundan başqa, MİDA yaşayış kompleksində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 16, 17, 18 və 19 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün “Yar İnşaat Təmir-Tikinti” MMC, “DDlar İnşaat” QSC konsorsiumunu seçib.
Müqavilənin dəyəri – 13 milyon 602.415 min manatdır.
Tikintinin itmə tarixi – 19 noyabr 2024-cü ildir.
Həmçinin, MİDA yaşayış kompleksində yaşayış binalarının tikintisi ilə əlaqədar 20, 21, 22, 23, 24 və 25 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün “HN Construction” QSC-ni seçib.
Müqavilənin dəyəri - 20 milyon 925.122 min manatdır.
Tikinti işlərinin bitmə tarixi – 7 dekabr 2024-cü ildir.
Bundan başqa, MİDA yaşayış kompleksindəçoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 1, 2, 3 və 4 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün “DDlar İnşaat” QSC, “Araz İnşaatçı” MMC konsorsiumunu seçib.
Müqavilənin dəyəri – 13 milyon 582,337 min manatdır.
Tikinti işləri - 30 oktyabr 2024-cü ilədək başa çatmalıdır.
Yaşayış kompleksinin Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən 8,11 ha torpaq sahəsində inşa edilməsi planlaşdırılır.**
B.Rüstəmbəyov