İpoteka Kredit və Zəmanət Fondu (İKZF)ölkədə ipoteka kreditləşməsinin genişləndirilməsinə yönəlmiş təkliflər paketi hazırlayıb. Bu barədə İpoteka Kredit və Zəmanət Fondunun (İKZF) ipoteka kreditləşməsi üzrə direktoru İlham Kələşov bəyan edib.
Kələşov ATV telekanalında yayımlanan "İqtisadi zona" verilişində məlumat verib ki, İKZF xüsusilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, lakin eyni zamanda «stabil vergi ödəyiciləri» olan şəxslər üçün ipotekaya çıxışın genişləndirilməsini təklif edir. «Bu, qeyd olunan kateqoriyadan olan bərbərlərə, aşpazlara və s. şəxslərə aiddir», - o qeyd edib.
Onun sözlərinə görə, Fond həmçinin ölkənin azad edilmiş ərazilərində ipotekanın tətbiqi ilə bağlı təkliflər hazırlayıb.
«Bütün bu təkliflər hazırda müvafiq dövlət orqanları tərəfindən nəzərdən keçirllir», - o bildirib.
Kələşov əlavə edib ki, İKZF-nin əsas vəzifələrindən biri Azərbaycan regionlarında ipoteka kreditləşməsinin genişləndirilməsidir ki, hazırda onun nisbi çəkisi 22% təşkil edir. **
R.Əhmədov.