Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC Bakının Binəqədi yaşayış kompleksində sahəxarici və sahədaxili elektrik enerjisi təminatına 10,3 milyon manatdan çox vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” dövlət satınalmaları portalına istinadən məlumat verir ki, “Enerji Qrup” MMC ilə 10 milyon 389,712 min manat dəyərində müqavilə imzalanıb.
“Enerji Qrup” 20 sentyabr 2024-cü ilədək bütün işləri yerinə yetirməlidir.
MİDA MMC Yaşayış kompleksinin Binəqədi qəsəbəsində 9 ha torpaq sahəsində inşasını planlaşdırır.**
B.Rüstəmbəyov