Ermənistan və İran yük daşımaları üçün yol rüsumlarının sıfırlanmasına dair razılığa gəlib.
“Yol rüsumları msələsi çox vacibdir və onların sıfırlanması malları daha aşağı qiymət ilə çatdırmağa imkan verəcək”, - İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaşİrəvanda brifinqdə bildirib.
O, həmçinin bildirib ki, Ermənistan tərəfi ilə Ermənistan-İran sərhədində Araz çayı üzərindən daha çox ötürmə qabiliyyətinə malik olan yeni körpünün inşasına dair razılıq əldə olunub.
Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan öz növbəsində qeyd edib ki, yol rüsumlarının sıfırlanması «vacib siyasi qərardır”. **