Bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyev “Çinar-Servis” İstehsal-kommersiya firmasının Texniki qazların istehsalı müəssisəsinin təməlqoyma mərasimində iştirak edib. Layihəyə sərmayələr 13,3 miyon manat (cari məzənnə ilə $7,8 milyon) təşkil edəcək.
Azərbaycan prezidentinin saytındakı məlumata əsasən, müəssisə Sumqayıt Kimya Sənaye Parkının ərazisində yaradılacaq.
Müəssisədə 70 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. Şirkət . Şirkət sənaye parkının 2 hektara yaxın ərazisində yerlışir.
“Çinar-Servis” sıxılmış azot, oksigen, arqon və maye helium qaz məhsullarının istehsalı ilə məşğul olacaq.
“Çinar-Servis” tərəfindən istehsal olunan sənaye qazları ölkəmizdə bu məhsullara tələbatı ödəməklə yanaşı, Gürcüstana, Türkiyəyə, Rusiyaya da ixrac ediləcək.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.
Parkda ümumi investisiyaların həcmi təqribən 5,8 milyard manata yaxın olan 38 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Hazırda Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən müəssisələrin sayı 23-ə çatır. SKSP-nin rezidentlərinin sərmayələri 5,4 milyard manat təşkil edib.
Parkın ərazisi 583,5 ha təşkil edir. **
B.Rüstəmbəyov