2023-cü ilin yanvar-sentaybr aylarında Azərbaycanda baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 48 nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
İlin əvvəlindən respublika ərazisində 12,425 min təbii və texnogen mənşəli hadisə (2022-ci ilin eyni dövrü ilə müqayisədə 14,7% az) baş verib.
Bu hadisələr nəticəsində 48 nəfər (bir il əvvəl 53 nəfər) həlak olub, 181 nəfər (bir il əvvəl 230 nəfər) xəsarət alıb.
Nazirliyin xilasediciləri tərəfindən 25 nəfər xilas edilib, 2587 min nəfər təxliyə olunub.
Hesabat dövründə respublika ərazisində 35 partlayış hadisəsi baş verib ki, bu da 2022-ci illə müqayisədə 31,4% azdır. Partlayışlar zamanı 16 nəfər həlak olub, 47 nəfər xəsarət alıb.**
X.Nəsirzadə