Bazar ertəsi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və İran prezidenti İbrahim Rəisi Tehranda keçirilən görüşdə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər, tərəflər iki ölkə arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini vurğulayıblar. Bu barədə Ermənistan XİN-dən məlumat vefilir.
«Görüşdə tərəflər iki qonşu və dost ölkə arasında iki xalqın qarşılıqlı hörməti və minillik qardaşlığı əsasında yüksək səviyyədə siyasi dialoq formalaşdığını məmnunluqla qeyd ediblər», - XİN-in mətbuat xidmətindən bildirilib.
Qeyd olunur ki, Mirzoyan və Rəisi «Ermənistan və İran arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin, həmçinin bu istiqamətdə razılaşmaların icrası istiqamətində səmərəli addımların həyata keçirilməsinin vacibliyini vurğulayıblar».
«Ararat Mirzoyan və İbrahim Rəisi regional və beynəlxalq təhlükəsizlik məsələlərini də müzakirə ediblər», - Ermənistan XİN-dən bəyan olunub. **