Bertəsi Ermənistan və Fransanın müdafiə nazirləri Suren Papikyan və Sebastyan Lekornyu Parisdə keçirilən görüşdə əməkdaşlığın inkişafının yeni imkanları, o cümlədən İrəvan tərəfindən müdafiə sistemlərinin alınmasını nəzərdən keçiriblər.
"Ermənistanın müdafiə nazirinin Fransaya işgüzar səfəri çərçivəsində Fransanın silahlı qüvvələr naziri Sebastyan Lekornyu ilə görüşü olub. Görüş zamanı müdafiə sahəsində Ermənistan-Fransa əməkdaşlığı, habelə regional təhlükəsizlik məsələləri müzakirə olunub", - Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunur ki, tərəflər müdafiə sistemlərinin alınması, hərbi təhsil, yenidən hazırlıq, təcrübə mübadiləsi, habelə qarşılıqlı maraq doğuran digər məsələləri əhatə edən əməkdaşlığın inkişafının yeni imkanlarını müəyyənləşdiriblər.
«O cümlədən, ikitərəfli əməkdaşlıq haqqında sənədlərin imzalanması baş tutub», - Ermənistan Müdafiə Nazirliyindən bəyan edilib. **