Bazar ertəsi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tehrana səfəri çərçivəsində İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.
“Görüşdə Azərbaycan və İran arasında gündəlikdə duran əsas məsələlər, ikitərəfli və çoxtərəfli formatlarda mövcud əməkdaşlıq imkanları, Azərbaycan-Ermənistan normallaşma və sülh prosesinin perspektivləri, habelə bölgədəki cari vəziyyət barədə fikir mübadiləsi aparılıb”, - Azərbaycan XİN-in məlumatında deyilir.
Tərəflər yüksək səviyyəli görüşlərin və qurumlararası təmasların daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
«Görüşdə nazir Bayramov 24 saatlıq anti-terror tədbirlərindən sonra Azərbaycanın öz əraziləri üzərində tam suverenliyi bərpa etdiyi, sülh gündəliyi üzrə atılan addımlar barədə qarşı tərəfi məlumatlandıraraq bölgədə sülh və təhlükəsizliyin bərqərar olunmasında, regiona davamlı sülhün gətirilməsində, habelə regional əməkdaşlığın təşviqində ölkəmizin qərarlılığını bir daha diqqətə çatdırıb”, - məlumatda bildirilir. **
N.Abbasova