İsrailin Müdafiə Qüvvələrində Qəzza zolağında HƏMAS-a qarşı quru əməliyyatı keçirməyə hazır olduqlarını bəyan ediblər. Bu barədə «The Times of Israel» bazar ertəsi öz mənbələrinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, İMO-da hesab edirlər ki, HƏMAS-a qarşı müharibədə qarşıya qoyulan hədəflərə çatmaq üçün ən qısa müddətdə quru əməliyyatına başlamaq lazımdır.
İsrail ordusu Qəzzada əməliyyat keçirməyə hazır olduğunu və hədəflərinin əldə edilə biləcəyinə inandığını ölkə hakimiyyətinə bildirib. Bununla yanaşı, hərbi komandanlıq etiraf edir ki, Qəzzadakı döyüşlər zamanı ciddi itkilər riski var.
Həmçinin, Ordu HƏMAS-ın 222 nəfəri hələ də girov saxlamasını nəzərə alaraq, mümkün xilasetmə əməliyyatlarına hazırlaşır. **