"3+3" formatında üzv ölkələrin xarici işlər nazirlərinin növbəti görüşü 2024-ci ilin birinci yarısında Türkiyədə keçiriləcək. Bu barədə RF XİN başçısı Sergey Lavrov bazar ertəsi Tehranda “3+3” formatının nazirlər səviyyəsində keçirilən birinci görüşünün yekunları üzrə jurnalistlərə bəyan edib.
"Tərəflər razılığa gəldilər ki, iştirakçı ölkələrin hər biri iqtisadiyyat, enerji, ticarət, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, təbii sərvətlər və əlbəttə ki, humanitar sahə - təhsil, mədəniyyət, turizm istiqamətləri çərçivəsində milli ideyaları formalaşdıracaq xüsusi nümayəndə təyin edəcək. Sonra bütün bunlar türkiyəli həmkarlarımız tərəfindən koordinasiya ediləcək, onlar gələn ilin təxminən birinci yarısına nəzərdə tutulmuş ikinci nazirlər görüşünü ev sahibliyi edəcəklər", - Lavrov bildirib. **
İnformasiya şöbəsi