Azərbaycan ilə Ermənistan arasında münaqişə əsasən həll olunub. Bu barədə RF XİN başçısı Sergey Lavrov Tehranda jurnalistlərə bəyan edib.
"Münaqişə əsasən həll olunub. Hər iki tərəf Qarabağın Azərbaycana məxsus olması ilə razılaşıb, bu isə əsas həll olunmamış problem idi. Hazırda münasibətlərin tam normallaşması, ilk növbədə sülh müqaviləsinin hazırlanması, sərhədlərin delimitasiyası və heç bir maneəsiz iqtisadi nəqliyyat əlaqələrinin təşkili istiqamətində praktiki addımlar atmaq qalır", - Lavrov bildirib.
Onun sözlərinə görə, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı Moskva, Bakı və İrəvan arasında ayrıca razılaşma var. "Onlar - ermənilər və azərbaycanlılar Rusiya tərəfinin məsləhətçi qismində iştirak edəcəyi delimitasiya komissiyasının yaradılmasına dair razılığa gəliblər. Təəssüf ki, kifayət qədər uzun zamandır bu komissiya toplanmayıb", - o əlavə edib.
Bununla yanaşı, o vurğulayıb ki, Moskva Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasına kömək etməyə hazırdır. **
İnformasiya şöbəsi