ABŞ Prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı Qəzza zolağına davamlı humanitar yardımın çatdırılmasının vacibliyini bildirib. Bu barədə Ağ Ev məlumat yayıb.
Bundan başqa, Bayden Netanyahuya ABŞ-ın İsrailə dəstəyi və bölgədə davam edən təhlükəsizlik səyləri, o cümlədən ABŞ hərbçilərinin yerləşdirilməsi barədə məlumat verib.*