Ermənistan rəhbərliyi Rusiyadakı səfir Vaqarşak Arutyunyanın geri çağırılması ilə bağlı qərar qəbul edib. Bu barədə Ermənistanın “İravnuk” nəşri məlumat yayıb.
“Bizdə olan etibarlı məlumatlara əsasən, Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan geri çağırılacaq. Lakin Rusiya Ermənistan parlamentinin deputatı Qurgen Arsenyanın səfir postuna namizədliyini rədd edib”, - deyə nəşr qeyd edib.
Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü olan Qurgen Arsenyan əvvəllər anti-Rusiya bəyanatları ilə çıxış edib.*