Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Kəlbəcər şəhərində tam orta məktəb binasının tikintisi işlərinə 16 milyon manatdan artıq vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət satınalmalarının vahid internet portalına istinadən bildirir ki, “Art-Proje” MMC ilə 16 milyon 34,076 min manat məbləğində müvafiq müqavilə bağlanıb.
Müqavilə 960 şagird yerlik tam orta məktəbin tikintisini nəzərdə tutur.
İşlər 30 dekabr 2024-cü ilədək başa çatmalıdır.*
N.Abbasova