Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Latviya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Edqars Skuyanın etimadnaməsini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Əliyev iqtisadi əlaqələrə toxunaraq, ticarət, investisiya və digər sahələrdə daha geniş imkanların müəyyənləşdirilməsinin vacibliyini bildirib.
O, ölkələrimizin müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə bir-birini dəstəkləməsinin önəmini qeyd edib, ikitərəfli münasibətlərimizin gələcəkdə də uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Səfir Azərbaycan liderinə Latviya Prezidentinin ölkəsinə rəsmi səfərlə bağlı dəvətini çatdırıb.*
N.Abbasova