2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 14% - 23 milyard 18,6 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Avqustda bankların və BOKT-ların kredit portfeli 2,4% və ya 534,5 milyon manat (avqustda +2% və ya 442,2 milyon manat) artıb.
Sentyabrın sonuna vaxtı keçmiş kreditlərin həcmi 519,77 milyon manat (hesabat dövründə azalma 12,5% - İF) və ya bütün kreditlərin 2,3%-ni (2022-ci ilin sonuna 2,9%) təşkil edir.
2023-cü il sentyabrın 30-na dövlətin iştirak payına malik olduğu banklar tərəfindən 4 milyard 923,9 milyon manat (artım 27,8%) və ya bütün kreditlərin 21,4%-i, özəl banklar tərəfindən 17 milyard 357,98 milyon manat (artım 10,3%) və ya bütün kreditlərin 75,4%-i həcmində kredit verilib. Qalan 736,76 milyon manat (artım 25%) bank olmayan kredit təşkilatlarının payına düşür.
Sentyabrın sonuna verilmiş kreditlərin ümumi həcmindən 18 milyard 707,48 milyon manat (artım 15,5%) milli valyuta, 4 milyard 311,15 milyon manat (artım 8,1%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 18,7% (2022-ci ilin sonuna 19,8%) təşkil edir.
Bankların və BOKT-ların kredit qoyuluşlarının strukturunda 3 milyard 542,65 milyon manat (bütün kreditlərin 15,4%-i) ticarət və xidmət sahələrinin, 736,6 milyon manat (3,2%) mədən sənayesi və elektrik enerjisi, qaz, su təsərrüfatı sektorunun, 564,96 milyon manat (2,5%) kənd/meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 1 milyard 118,9 milyon manat (4,9%) tikinti sektorunun, 1 milyard 111,57 milyon manat (4,8%) sənaye və istehsal sektorunun, 1 milyard 110,4 milyon manat (4,8%) nəqliyyat və rabitə sahələrinin, 13 milyard 395,7 milyon manat (58,2%) ev təsərrüfatlarının, qalan məbləğ isə digər sektorların payına düşüb.
2023-cü ilin yanvar-sentyabr aylarında bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli 18,8% artıb (2022-ci ildə artım 31% təşkil edib).*
X.Nəsirzadə