Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
“Telefon danışığı zamanı Ərdoğan və Putin İsrail və Fələstin arasında münaqişənin gərginləşməsini, Qəzza zolağında vəziyyəti, o cümlədən bölgədə humanitar böhranı müzakirə ediblər”, - deyə məlumatda bildirilir.*