İran oktyabrın 7-də İsrailə hücum ərəfəsində HƏMAS-a birbaşa kömək edib. Bu barədə “The Times of Israel” nəşri İsrailin Müdafiə Ordusunun nümayəndəsi Daniel Haqariyə istinadən xəbər verir.
«İran müharibədən əvvəl təlim, silah, pul və texnoloji bilik ilə HƏMAS-a birbaşa kömək edirdi», - Xaqari çərşənbə günü mətbuat konfransında bildirib.
«İranın HƏMAS qruplaşmasına yardımı indi də davam edir: kəşfiyyat məlumatları var, İnternetdə Israilə qarşı təhrik aktları həyata keçirilir», - İMO-nun nümayəndəsi əlavə edib. **