Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail və HƏMAS qruplaşması arasında münaqişənin həlli məqsədilə beynəlxalq konfrans çağırılmasını təklif edib.
«Türkiyə bütün nüfuzlu regional oyunçuların iştirakı ilə beynəlxalq Fələstin-İsrail sülh konfransını keçirməyə çağırır», - «Anadolu» agentliyi çərşənbə günü Türkiyə liderinin sözlərindən sitat gətirir.
«Fələstin-İsrail müharibəsinin bütün tərəfləri barmaqlarını tətikdən çəkərək, dərhal atəşkəs elan etməlidirlər», - Ərdoğan vurğulayıb.
O, həmçinin Ankaranın «humanitar, siyasi və hərbi mövcudluq» hesabına Fələstin tərəfinin hüquqlarının təminatçısı olmağa hazır olduğunu bildirib.
«Beynəlxalq ictimaiyyəti təklifimizi qiymətləndirməyə çağırırıq», - o deyib.
Ərdoğan həmçinin deyib ki, İsrailə səfəri planlaşdırılməşdı, lakin onu ləğv edib. Eyni zamanda, səfərin hansı tarixdə planlaşdırıldığını dəqiqləşdirməyib.
Prezident əlavə edib ki, hazırki vəziyyətdə BMT-nin “gücsüzlüyündən dərindən məyusdur» və «heç olmasa bu dəfə İslam Əməkdaşlıq Təşkilatının öz missiyasını layiqincə yerinə yetirəcəyini gözləyir, təşkilatın yaradılmasının əsas məqsədi - Fələstin işinə dəstək olmaqdır». **