Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Hindistanın ticarət və sənaye üzrə dövlət naziri Anupriya Patel mövcud iqtisadi əlaqələri və əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.
“İnterfaks-Azərbaycan” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə xüsusilə sənaye, energetika, kənd təsərrüfatı, əczaçılıq, nəqliyyat-tranzit və s. sahələrdə əməkdaşlıq potensialı, eləcə də qarşılıqlı investisiya qoyuluşları imkanları müzakirə olunub.
“Tərəflər Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyətini vurğulayıblar və iki ölkənin biznes dairələri arasında tərəfdaşlığın genişləndirilməsi və iqtisadi-ticarət əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparıblar”, - nazirlikdən vurğulanır. **
B.Rüstəmbəyov