Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov hesab edir ki, hazırda Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılması üçün tarixi şərait yaranıb, lakin Ermənistanın fəal şəkildə silahlanması sülh prosesinə ciddi zərbə vurur.
Çərşənbə günü Əsədov Hindistan Respublikasının ticarət və sənaye üzrə dövlət naziri Anupriya Patelin rəhbərliyi ilə nümayəndə heyətini qəbul edib.
“Görüşdə bəyan edilib ki, hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqazda sülhün bərqərar edilməsi üçün tarixi şərait yaranıb. Belə bir həssas məqamda Ermənistan tərəfinin fəal şəkildə silahlanması sülh prosesinə ciddi zərbə vurur, Cənubi Qafqaz bölgəsində sülh və sabitlik üçün yeni təhdidlər yaradır”, - Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilir.
Xəbər verildiyi kimi, Ermənistan Hindistanla silah alışına dair iri müqavilələr bağlamağı planlaşdırır. **
R.Əhmədov