Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 26-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Oktyabrın 26-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1.7928 manat/1EUR səviyyəsində (oktyabrın 25-nə 1.8028 manat/1EUR) müəyyən edilib.
AMB oktyabrın 26-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0182 manat/1RUB səviyyəsində (oktyabrın 25-nə 0.0183/1RUB) müəyyən edib.
AMB oktyabrın 26-na manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini 0.0604 manat/1TRY səviyyəsində saxlayıb.*
B.Rüstəmbəyov