Mərkəzi Bankın sədri Taleh Kazımov Azərbaycanda fəaliyyət göstərən bankların rəhbərləri ilə görüşüb, görüş zamanı bank sektoru üzrə cari ilin 3-cü rübünün nəticələri müzakirə edilib.
“Son dövrlərdə qlobal meyillərin və çağırışların maliyyə-bank sektoruna təsirini nəzərdən keçirdik. Eləcə də ölkədə makroiqtisadi sabitliyinin təmin edilməsi və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışdıq”, - deyə Kazımov sosial şəbəkədə yazıb.
Hazırda Azərbaycanda 23 bank lisenziyaya malikdir.*
R.Əhmədov