Ermənistan baş naziri Nikol Paşinyan yaxın aylarda Azərbaycanla sülh müqaviləsinin imzalanacağına ümidvar olduğunu deyib.
“Hazırda biz Azərbaycanla sülh və münasibətlərin nizamlanması haqqında saziş layihəsi üzərində işləyirik. Ümid edirəm ki, bu proses yaxın aylarda uğurla başa çatacaq”, - deyə Paşinyan bu gün Tbilisidə keçirilən Beynəlxalq İpək Yolu Forumunda çıxışı zamanı bildirib.*