Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın “The Wall Street Journal” nəşrində dərc olunmuş fikirləri ilə bağlı İrəvandan tam məlumat almağa ümid edir.
“Biz “The Wall Street Journal” nəşrini mənbə kimi qəbul etmirik və bu səbəbdən cənab Paşinyanın məhz nədən danışdığını dəqiqləşdirmək lazımdır, erməni dostlarımızla söhbət zamanı bununla bağlı məlumat almağa ümid edirik”, - deyə Kremlin mətbuat katibi Dmitri Peskov Paşinyanın təhlükəsizlik məsələləri ilə bağlı Rusiya və KTMT-yə qarşı səsləndirdiyi iddiaları şərh edərkən bildirib.
“Rusiya və Ermənistan arasında dialoqun nəşrlər, xüsusilə “The Wall Street Journal” vasitəsilə saxlanması bəyənilən deyil. Ona görə də biz erməni dostlarımızla söhbətimizi, dialoqumuzu davam etdiririk və bundan sonra da davam etdirəcəyik, bizim çox geniş gündəliyimiz var”, - deyə Peskov əlavə edib.
Azərbaycan-Ermənistan normallaşmasında Rusiyanın vasitəçilik roluna toxunan Kreml rəsmisi qeyd edib: “Bakı və İrəvana sülh müqaviləsi bağlamağa yardım səyləri davam etdirilir. Bu, regionda vəziyyətin sabitləşməsi üçün lazımdır”.*