Bakı regional kommunikasiyaların açılmasında maraqlıdır, ancaq bu, Ermənistandan da asılıdır. Bunu baş nazir Əli Əsədov deyib.
“Azərbaycan öz mövqeyini artıq çoxdan bildirib və 2020-ci ildə imzalanmış (Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən – İF) üçtərəfli bəyanata uyğun olaraq kommunikasiyaların açılması məsələsi üzərində işləyir. Biz kommunikasiyaların açılmasını istəyirik. Ancaq bu, tək bizdən asılı deyil, qarşı tərəf (Ermənistan – İF) istədiyi təqdirdə biz buna hazırıq”, - deyə Əsədov bu gün Tbilisidə keçirilən Beynəlxalq İpək Yolu Konfransında bildirib.
Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanın Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olması ilə bağlı səsləndiriyi fikirlərə toxunan Əsədov qeyd edib ki, Bakı İkinci Qarabağ müharibəsindən dərhal sonra (2020-ci ilin noyabr ayında – İF) sülh müqaviləsi ilə bağlı öz mövqeyini bildirib.
“(...) Azərbaycan sülh müqaviləsi ilə bağlı mövqeyinə sadiqdir”, - deyə baş nazir əlavə edib.*
B.Rüstəmbəyov