Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Qəzza zolağında baş verənlərə görə məsuliyyətin bir hissəsi Qərb ölkələrinin üzərinə düşür, çünki bu ölkələr atəşkəslə bağlı çağırış etmir.
“Qəzzada baş verənləri görüb səssiz qalmaq mümkündürmü? Bu qəddarlığa heç nə haqq qazandırmır. Təəssüf ki, “sivil” ölkələr bunu sadəcə seyr edir. Biz görürük ki, Aİ hələ də atəşkəs çağırışının lazım olub-olmamasına şübhə edir”, - deyə Ərdoğan bildirib.
Onun sözlərinə görə, dünyada insan hüquqlarının müdafiəçisi olduğunu bəyan edən Qərb Qəzza sakinlərinin həyat haqqını 19 gündür heçə sayır.*