SOCAR-ın prezidenti Rövşən Nəcəf oktyabrın 26-da “Qazprom” şirkətinin İdarə Heyətinin sədri Aleksey Millerlə görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi “Qazprom” şirkətinə istinadən xəbər verir.
“Tərəflər qaz sahəsində şirkətlər arasında əməkdaşlığın cari və gələcək məsələlərini nəzərdən keçiriblər. Xüsusilə söhbət Azərbaycanda qaz mühərriki yanacağı bazarının inkişaf etdirilməsi imkanlarından gedib”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə