İsrail Müdafiə Ordusu gün ərzində HƏMAS-ın beş komandirini zərərsizləşdirib və “Hizbullah”ın mövqelərinə hava zərbələri endirib. Bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.
İsrail hərbçiləri HƏMAS-ın Daraj Tuffa batalyonunun üç komandirinin zərərsizləşdirildiyini bildiriblər.
Bu batalyonun komandirləri HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumunda mühüm rol oynayıblar.
Bundan başqa, İsrail Müdafiə Ordusu HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumun planlaşdırılmasında şübhəli bilinən kəşfiyyat idarəsinin rəhbərinin müavinini və Şimali Xan-Yunis raket bölməsinin rəhbərini zərərsizləşdirib.*