Qazaxıstan Azərbaycana qeyri-xammal malları ixracında maraqlıdır.
“İnterfaks-Azərbaycan” xəbər verir ki, bu barədə Qazaxıstanın milli iqtisadiyyat naziri Alibek Kuantırov Azərbaycanın səfiri Aöalar Atamoğlanovla görüş zamanı bəyan edib.
"Nazir qeyd edib ki, Qazaxıstan Azərbaycana təxminən $300 milyon dəyərində 100-dən çox qeyri-xammal əmtəə mövqeyini tədarük etməyə hazırdır. Öz növbəsində, Atamoğlanov bildirib ki, Azərbaycan Qazaxıstana kənd təsərrüfatı məhsullarının tədarükünü artırmağa hazırdır", - Qazaxıstan Milli Iqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
Tərəflər həmçinin iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etdilər. Qeyd olunub ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2022-ci ilin yekunlarına əsasən təxminən $500 milyon təşkil edib, gələcəkdə bu göstərici $1 milyarda çatdırıla bilər.
"Həmsöhbətlər həmçinin hər iki ölkənin mühüm nəqliyyat dəhlizlərində səmərəli coğrafi mövqeyini qeyd ediblər. Bu baxımdan Mərkəzi Asiya, Qafqaz və Türkiyə vasitəsilə Çin və Avropanı birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) getdikcə aktuallıq qazanır. TBNM çərçivəsində yüklərin daşınmasında 2 dəfədən çox artım qeyd olunur", - məlumatda bildirilir.
Tərəflər bu marşrut vasitəsilə Qazaxıstan neftinin daşınmasının müsbət dinamikasını da qeyd ediblər. **
B.Rüstəmbəyov