Azərbaycan Mərkəzi Bankı (AMB) bankın əsas vəsaitlərinin və nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS)üzrə sığortalanması üçün sığorta şirkətinin seçimi ilə bağlı tender elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Tender elanına əsasən, tenderdə bu sığorta növləri üzrə xidmət göstərmək üçün lisenziyası olan sığorta şirkətləri iştirak edə bilərlər.
Tender təklifləri aşağıdakı meyarlar üzrə qiymətləndiriləcək: qiymət, təklif edilmiş paket üzrə sığorta şərtləri, franşizanın həcmi, təkrarsığorta şirkətlərinin reytinqi.
Tender üzrə təkliflər 12 dekabr saat 18:00-dək qəbul ediləcək, tender təklifləri 13 dekabr saat 15:00-da keçiriləcək. Tenderdə iştirak etmək üçün dövlət rüsumu 200 manat təşkil edir.
Tender şərtlərinə əsasən, AMB-yə əsas vəsaitin sığortalanması üzrə xidmətlər 2024-cü il yanvarın 1-dən etibarən təqdim edilməli və 12 ay üçün nəzərdə tutulmalıdır. Nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmətlər (AVSMMİS) 2024-cü il yanvarın 25-dən etibarən 12 ay ərzində göstərilməlidir.
Hazırda AMB-yə bu xidmətlər üzrə “PAŞA Sığorta” şirkəti xidmət göstərir. **
R.Əhmədov