“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-ninTikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş MüdiriyyətiTüryançay sağ sahil kanalının və sol sahil kanalının yenidən qurulmasının I mərhələsi çərçivəsində podratçılar seçir.
Seçim təkliflər sorğusu üsulu ilə keçirilir.
İşlərin yerinə yetirilmə müddəti – 13 ay və 12 aydır.
Türyançay sağ sahil kanalının yenidən qurulması üzrə sorğuda iştirak haqqı – 4,5 min manat, sol sahil kanalının yenidən qurulması üzrə - 4 min manatdır. İşlər Ağdaş və Ucar rayonlarının ərazisində keçiriləcək.
Əlaqə nömrəsi: (012) 431 08 64, Qulam Aslanov, tomiobm@mst.gov.az.
Şirkətlərdən tender təkliflıəri 14 noyabr saat 17:00-dək qəbul olunur. Tender proseduru 15 noyabr saat 15:00-da baş tutacaq. **
B.Rüstəmbəyov