"Kəpəz Bank Olmayan Kredit Təşkilatı" MMC 2 milyon manatlıq istiqraz yerləşdirməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan”a AMB-dən məlumat verilib.
2023-cü ilin oktaybr ayında cəmiyyətin idarə heyəti tərəfindən istiqrazların emissiya barədə qərar qəbul olunub.
Emissiya hər birinin nominal dəyəri 1 min manat olan 2 min ədəd istiqraza bölünüb.
Ffaiz dərəcəsi 14%, faiz ödənişi periodu 30 gündən bir, tədavül müddəti 60 aydır.
Yerləşdirmə hər biri 500 min manat olmaqla 4 tranş ilə planlaşdırılır.
"Kəpəz BOKT" MMC 2013-cü ilin iyul ayında dövlət qeydiyyatından keçib, 2014-cü ildən etibarən kredit əməliyyatları həyata keçirir. Cəmiyyətin yeganə səhmdarı Əbülfəz Əliyevdir. BOKT-un nizamnamə kapitalı 2 milyon manat, aktivləri – 8,1 milyon manat (2022-ci ilin sonuna), kredit portfeli – 6,9 milyon manat, öhdəlikləri – 6,1 milyonmanata yaxın, kapitalı – 2 milyon manatdan çoxdur. 2022-ci il ərzində xalis mənfəəti 772,5 min manat təşkil edib. **
R.Əhmədov