FHN Maddi Texniki-Təchizat İdarəsi helikopter eniş meydançasının elektronik idarəolunması üçün cihaz, avadanlıq və texniki vasitələrin alınması üçün "Qafqaznet" MMC-ni cəlb edib.
“İnterfaks-Azərbaycan” dövlət satınalmaları portalına istinadən xəbər verir ki, şirkətlə 3 milyon 724,67 min manat dəyərində iki müqavilə imzalanıb.
Dəyəri 1 milyon 373,219 min manat təşkil edən birinci müqavilə helikopter eniş meydançasının elektronik idarəolunması üçün cihaz, avadanlıq və texniki vasitələrın alınmasını nəzərdə tutur.
İkinci müqavilənin predmeti Tibb Xidməti hospitalının müasir texnoloji idarəetmə sistemləri üçün cihaz, avadanlıq və texniki vasitələrin satın alınmasıdır. Müqavilənin dəyəri - 2 milyon 351,452min manatdır. **
X.Nəsirzadə